Ötən gün ABŞ-ın Boston şəhərində Amerika qitəsini kəşf edən Xristofor Kolumbun heykəlinin başı qoparılıb.
Qaynarinfoxarici mətbuata istinadən xəbər verir ki, heykələ kimlərin zərər vurduğu bəlli deyil. Lakin hadisənin qaradərili Corc Floydun ölümündan sonra başlayan iğtişaşlarla əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, daha əvvəl də Kolumb heykəlinə hücumlar olub. 2006-cı ildə yenə heykəlin başı qoparılıb, 2015-ci ildə isə irqi ayrıseçkilik əleyhinə aksiyalar çərçivəsində qırmızıya boyanıb və üzərində “qaradərililərin həyatı önəmlidir” ifadəsi yazılıb.
Digər tərəfdən Amerikanın kəşfində böyük rol oynadığı üçün hər il qeyd edilən “Kolumb Günü”nə ABŞ-ın bəzi ştatları qatılmır. Xüsusən də yerlilər və qaradərililər onu kölə ticarətini başladan şəxs kimi qəbul edir və həmin gün “Yerli Xalqlar Günü” adı ilə başqa bir bayram qeyd edirlər.