ABŞ-da onlayn platformaların məhkəmə prosesini sadələşdirən qanun layihəsi təklif olunub.
Trend-in CNBC-yə istinadən məlumatına görə, yeni qanun layihəsinə əsasən, ABŞ-da onlayn platformaların, sosial şəbəkələrin məhkəmə prosesi sadələşdirilir.
Yeni qanun layihəsi ABŞ Demokrat Partiyası tərəfindən təklif edilib. yeni qanun layihəsin təhqiredici və ya zərərli məzmun paylaşanların məhkəmə prosesini asanlaşdıracaq.
Yeni qanun layihəsinin hazırlanmasına səbəb isə əvvəlki qaydaların daha yumşaq olmasıdır. Belə ki, əvvəlki qanunlara əsasən hər hansı istifadəçi sosial şəbəkələrdə və onlayn platformalarda təhqir və zərərli paylaşıma görə məhkəmə şikayətləri tam təmin olunmurdu. Məhkəmə bu şikayətləri qısa müddətdə ləğv edir və ya tam təmin etmirdi.
Yeni qaydalara əsasən onlayn platformalar saxta və zərərli reklamlara görə də məsuliyyət daşıyacaq.
Yeni qanun layihəsi qəbul edilərsə, “Facebook”, “Twitter”,”Google”, “YouTube” kimi sosial şəbəkələri və “Amazon”, “Etsy” kimi e-ticarət saytları da daxil olmaqla bir sıra platformalara qarşı qərarlar sərtləşdiriləcək. Onlar qaydalara daha ciddi əməl etməli olacaqlar, əks təqdirdə qanuna uyğun olaraq cəzalandırlacaqlar.