Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən təbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə Azərbaycan və ABŞ arasında növbəti çarter reysi həyata keçiriləcək.
“Report”un xüsusi müxbirinin xəbərinə görə, iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutacaq uçuşda ABŞ-da təhsil alan və vətənə dönə bilməyən vətəndaşların təxliyəsi nəzərdə tutulur.
Çarter uçuşlar Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, Nyu-Yorkdan ilk təxliyə uçuşu mart ayında baş tutub.