ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald Azərbaycana gəlir.
Trend xəbər verir ki bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirlib ki, ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Müavini Kara Makdonald iyun ayının 13-15 Azərbaycanda səfərdə olacaq.
“Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət Katibinin Müavini Makdonald Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyyətə rəhbərlik edir. Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Büro qanun aliliyi, insan haqları və əsas azadlıqlardada daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya habelə güclü, sabit, firavan, və suveren dövlətlərin inkişafına təkan verir”, Səfirliyin məlumatında qeyd olunub.