ABŞ koronavirusa qarşı mübarizə məqsədi ilə Ermənistana daha 25 mln. ABŞ dolları ayıracaq.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Amerika Erməni Milli Komitəsi yayıb.
Bildirilib ki, bir müddət əvvəl komitənin sədri Raffi Amparyan ABŞ-ın dövlət katibi Maykl Pompeoya məktubla müraciət edərək Ermənistana koronavirusa qarşı mübarizəyə yardım üçün azı 25 mln. ABŞ dollarının ayrılmasını istəmişdi.
Xatırladaq ki, ABŞ Ermənistana artıq bu istiqamətdə 1,7 mln. ABŞ dolları ayırıb.
Qeyd edək ki, Ermənistan üzrə yoluxanların sayı 1 473-ə, virus qurbanlarının sayı isə 24-ə çatıb. Ermənistanda fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.