ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi tviterdə məlumat yayıb.
“ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanında ehtiramını bildirib. Münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı veririk”, – o qeyd edib.