ABŞ 14 iranlı rəsmi və 3 təşkilata qarşı sanksiya tətbiq edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilib ki, ABŞ-ın İrandan olan rəsmi şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etməsinə səbəb onların etiraz aksiyalarının yatırılmasında iştirak etməsidir.
Bu arada İranın Saqqız şəhərində əxlaq polisi tərəfindən öldürülən və ölkədə etirazların rəmzinə çevrilən Məhsa Əmininin xatirəsini yad etmək üçün çox sayda insan toplaşıb. Bu gün onun ölümündən 40 gün keçir.