ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

Birləşmiş Ştatlar İran iqtidarı ilə danışıqlarda güzəştə getməyə açıqdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff “The Wall Street Journal” qəzetinə bildirib.

“Düşünürəm ki, bizim başlanğıc mövqeyimiz sizin İran nüvə proqramının yığışdırılmasından ibarətdir. Bu bizim bu günə olan mövqeyimizdir”, – diplomat İran nümayəndələri ilə gələcək danışıqlarda öz giriş tezislərini nəşrə təqdim edib.

Bununla belə, onun sözlərinə görə, bu o demək deyil ki, tərəflər “güzəştə nail olmaq üçün başqa yollar tapa bilməzlər”.

ƏvvəlkiPrezident İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb
Növbətiİstanbulda TDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qruplarının ilk toplantısı keçiriləcək