ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində zarafatla Qrenlandiyada “Trump Tower” göydələni tikməyəcəyinə söz verib və müvafiq fotokollaj paylaşıb.
“Report” xəbər verir ki, o, şəklin altından bu sözləri yazıb:
“Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm”.
Daha əvvəl Tramp strateji baxımdan Qrenlandiyanın alınması mümkünlüyü ilə maraqlandığını təsdiq edib.
Öz növbəsində Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidentinin Qrenlandiyanın alınması ilə bağlı ideyasını “absurd” adlandırıb.