ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfərinin gedişatında Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşünün mümkünlüyünü təsdiq edib.
Türk.az xəbər verir ki, bu barədə o, SBC telekanalına bildirib.
“Düşünürəm ki, buna imkan var, bu olacaq. Biz bunun üzərində işləyirik”, – o deyib.