ABŞ hökuməti gələn il ölkəyə qaçqın statusunda gələn və qalmaq istəyən maksimum 18 min insana icazə vermək istəyir.
Türk.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ evin Konqresə təqdim etdiyi qaçqın proqramında bildirilir.
Bu, ABŞ-ın müstəqillik tarixində ən aşağı həddir.
Prezident Donald Tramp bildirib ki, ABŞ rəhbərliyi qaçqınların köçürülməsi üçün ştat və yerli hakimiyyət orqanlarının razılığını alacaq.
Xatırladaq ki, keçmiş prezident Barak Obamanın hakimiyyətinin son ilində ABŞ-da illik qaçqın kvotası 110 min nəfər olub, D.Tramp iqtidarı isə bu rəqəmi 30 minə qədər endirib.