ABŞ Qarabağ cəbhəsində yeni humanitar atəşkəs anlaşması ilə bağlı məlumat yayıb. Bu barədə xarici media Ağ Ev administrasiyasına istinadən xəbər yayıb.
Məlumata görə, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, humanitar atəşkəs bazar ertəsi, yerli vaxtla səhər saat 08.00-dan qüvvəyə minəcək.
Qeyd edək ki, 23 oktyabrda Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşlər keçirib, Qarabağdakı vəziyyəti müzakirə etmişdilər.
ABŞ prezidenti Donald Tramp isə Nyu-Qempşir ştatında tərəfdarları qarşısında çıxış edərkən “Biz hər şeyi qaydaya salacağıq. Bu, dediyim kimi, asanlıqla baş verməlidir. Əgər sən nə etdiyini bilirsənsə, bu asan olacaq”, demişdi.
Xatırladaq ki, bundan əvvəl Moskva və Parisin təşəbbüsü ilə iki dəfə atəşkəs anlaşması əldə olunsa da, Ermənistanın terror aktları və təxribatları səbəbindən razılaşma pozulub.