ABŞ Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edib.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 11 nəfər, o cümlədən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun anası Aymani Kadırova və “Artek” uşaq düşərgəsi sanksiyalara məruz qalıb.