ABŞ-ın Yerevandakı səfiri Linn Treysi Ermənistanın Baş naziri Nikol Paşinyandan anti-Amerika bəyanatlarından narazı qaldığını bildirib.
Türk.az xəbər verir ki, “Qraparak” qəzeti hökumətdəki mənbəyinə istinadən bu məlumatı yayıb.
Bildirilib ki, Linn Treysi ABŞ-ın Ermənistana etdiyi maliyyə yardımından Nikol Paşinyanın daim gileylənməsindən də narazı qalıb. Ermənistan hökumətinin başçısı isə, öz növbəsində, vurğulayıb ki, yardımın məbləği böyük ola bilər.
Qəzetin yazdığına görə, hökumət yaranmış vəziyyəti qaydasına salmaq üçün Vaşinqtona müxtəlif səviyyədə məmurlarını göndərir. Ermənistanın Xarici İşlər Nazirliyi isə bunu əvvəlcədən elan etmək istəmir. Bu yaxınlarda XİN başçısı Zöhrab Mnatsakanyanın, habelə Müdafiə Nazirliyinin nümayəndə heyəti və iqtisadiyyat üzrə qurumun ABŞ-a səfər edəcəyi gözlənilir.
Məlumata görə, dövlət aparatı bütövlükdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfərinə, ştatların Təhlükəsizlik Şurasının katibi, Federal Təhqiqat Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsinin başçıları ilə görüşünə hazırlıq görür.