ABŞ Energetika Nazirliyi Strateji Neft Ehtiyatından (SPR) daha 40,1 milyon barrelə qədər neft satacaq.
Trend xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.
Energetika Nazirliyi iyunun 21-dən 30-dək 39 milyon barrelə qədər, iyulun 1-dən avqustun 15-dək isə 1,1 milyon barel yüksək kükürdlü neft tədarük etmək niyyətindədir. Müraciətlər iyunun 1-dək qəbul ediləcək. Qurum yanacağın göndəriləcəyi şirkətlərlə müqavilələri iyunun 10-dan gec olmayaraq bağlayacaq.
Qeyd edək ki, bu həcmlər ABŞ-ın mart ayında elan etdiyi altı ay ərzində gündə 1 milyon barel neft satmaq planının bir hissəsidir.