ABŞ Ticarət Nazirliyi Çinin yeddi təşkilatını “qara siyahı”ya daxil edib.
Trend bildirir ki, bu barədə qurumun Sənaye və təhlükəsizlik bürosunun məlumatında deyilir.
Qeyd olunur ki, həmin müəssisələrin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Məlumatda bildirilir ki, bu təşkilatlar Çinin hərbi modernləşdirilməsinin həyata keçirilməsi məqsədilə ABŞ istehsalı olan məhsulları əldə ediblər.
“Qara siyahı”ya bir şirkət və altı tədqiqat institutu, o cümlədən, aviakosmik sahədə ixtisaslamış institut daxil edilib.