ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra ABŞ Müdafiə Departamenti Ukraynanın vacib təhlükəsizlik və müdafiə ehtiyaclarını qarşılamaq üçün əlavə təhlükəsizlik yardımı paketini elan edib.
AZƏRTAC-ın verdiyi məlumata görə, Pentaqonun budəfəki avadanlıq təminatı 2021-ci ilin avqustundan indiyədək sayca 61-cidir.
225 milyon dollarlıq paketə hava hücumundan müdafiə sistemləri, raket sistemləri, artilleriya üçün döyüş sursatları və tank əleyhinə silahlar daxildir.