ABŞ və Rusiya hərbi maşınları Suriyanın şimalında patrul xidməti apararkən insident baş verib.
“Report” “Sözcü”yə istinadən xəbər verir ki, hadisə Qamışlı şəhərində qeydə alınıb.
Belə ki, ABŞ-a məxsus zirehli avtomobil Rusiya hərbi maşınının qarşısını kəsib, hətta onu yoldan kənara çıxmağa məcbur edib.