Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.
“Report”un xəbərinə görə, bu, “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.
Qeyd edək ki, qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunacaq.