Noyabrın 18-də saat 12:00-dan 15:00-dək 35/6 kilovoltluq yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.