“Açıq Hökumət Təşəbbüsünün (AHT) başlıca mahiyyəti dövlətin şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışmasından ibarətdir”. Bu sözləri İmişli rayonunda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsnün regionlarda sahibkarlar arasında təbliğ və təşviqi” adlı layihə çərçivəsində keçirilən Dəyirmi Masada “Demokratik İnkişafın Təşviqi ” İctimai Birliyinin rəhbəri Rüfət Şıxıyev söyləyib.
Qeyd edək ki, layihə Azərbaycan Pespublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının maliyyə yardımı ilə həyat keçirilib.
Rüfət Şıxıyev öncə təşəbbüsün mahiyyətinin nədən ibarət olduğunu Dəyirmi Masa iştirakçıları üçün açıqlayıb. Bildirib ki, ölkəmizin 2011-ci ildə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmasında məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi olub: “Hökumət “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla “Açıq Hökumət”in təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib”.
Daha sonra Dəyirmi Masada mövzu üzrə ekspert Şaban Nəsirov çıxış edib.
O, hökumət idarəçiliyində içtimaiyyətin, o cümlədən ictimai sektorun aktivliyinin fayfalarından danışıb. Bildirib ki, funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. Sovet təcrübəsindən fərqli olaraq bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.
Şaban Nəsirov daha sonra “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”ndan danışıb: “Milli Fəaliyyət Planının əsas prinsip və dəyərləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi kimi bəyan olunmuşdu. Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan ümumilikdə, 43 əsas və köməkçi fəaliyyət növlərindən ibarət idi. Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən aparılan 2012-2013-cü illәr üzrə aparılan qiymətləndirməyə əsasən dövlət orqanları tərәfindən Fәaliyyət Planında nәzərdə tutulan fəaliyyətlərin 64%-i icra edilmişdir. Ümumi olaraq Komissiya tərəfindәn aparılan qiymətlәndirmənin nәticəsinə əsasәn isə Fәaliyyәt Planında 2014-ci il üçün nəzәrdə tutulan tәdbirlәrin dövlәt qurumları tərəfindәn tam icra vәziyyәti 76% müәyyәn edilib”.
Bundan sonra ekspert növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” barədə danışıb. Bildirib ki, plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir: “Milli Fəaliyyət Planının təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti sərəncamının 5-ci bəndində tövsiyyə olunub ki, tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun. Eyni zamanda “Açıq Hökumət Tərəfdaşlığı”nın əsas prinsiplərindən biri də Fəaliyyət Planının icrasına vətəndaş cəmiyyətinin cəlb edilməsidir. Açıq HökumətinTəşviqi üzrə vətəndaş cəmiyyəti Platformasının formalaşdırılması üçün imkan yaradılması çox vacibdir.
Ekspertlər qeyd edirlər ki, yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən, şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlb olunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək”.