Ağ Ev: “İran region üçün davamlı təhlükə yaradır”

“İran region üçün davamlı təhlükə yaradır”.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranla bağlı bütün variantlarını nəzərdən keçirəcək:

“Vaşinqton çoxdan müşahidə edir ki, İran nüvə silahı yaratmaq üçün zənginləşdirilmiş uranın istehsalına sərf olunan vaxtı qısaltmağa çalışır. Bu baxımdan, Baydenin rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyası əvvəldən İranla nüvə sazişini bərpa etməyə çalışırdı”- deyə, o bildirib.

Onun sözlərinə görə, İran region üçün davamlı təhlükə yaradır:

“Yalnız nüvə sənayesindəki irəliləyişinə görə deyil, həm də ballistik raket imkanlarını necə təkmilləşdirməyə davam etdiyinə görə. Deməli, bu, İranın regiona yaratdığı davamlı təhlükənin tərkib hissəsidir. Və beləliklə, biz Amerika Birləşmiş Ştatlarının Prezidenti üçün bütün imkanlara malik olduğumuzu təmin etmək niyyətindəyik və edirik. Şübhəsiz ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimizlə bağlı mövqeyimizi dəyişməmişik”.

ƏvvəlkiICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda konfransında Bakı Bəyanatı qəbul olunub
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb