Ağcabədi taxılçıları zəmilərdən 145 min tona yaxın məhsul toplayıblar

Respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonlarından olan Ağcabədidə biçin yekunlaşıb. Ağcabədili fermer və torpaq mülkiyyətçiləri zəmilərdən 144 min 880 ton məhsul əldə ediblər.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, toplanmış məhsulun 95 min 239 tonu buğda, 49 min 641 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 44,4 sentner, o cümlədən buğda sahələrində 47,6 sentner, arpa sahələrində isə 39,2 sentnerdir. Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.

Qeyd edək ki, bu il Ağcabədi rayonunda 32 min 662,1 hektar sahədə taxıl becərilib. Onun 19 min 997,4 hektarı buğda, 12 min 664,7 hektarı dən üçün arpadır.

Əvvəlki“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi Xaçmazda icra edildi
NövbətiGənclər təşkilatı regionlarda tədbirlərini davam etdirir