Ağdamda keçmiş polis intihar edib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çəmənli kəndində 1960-cı il təvəllüdlü Məmmədov Yaşar Firudin oğlu yaşadığı evdə özünü iplə asaraq öldürüb.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başlanıb.
Y. Məmmədov əvvəllər daxili işlər orqanlarında çalışıb.