İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına, 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, hadisə bu gün keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.