Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

ƏvvəlkiTürkiyə XİN başçısı: “Rusiya və Ukrayna prezidentlərinin görüşünə ümidimiz artıb”
NövbətiAzad olunan ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir