Ağdamda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Türk.az-ın xəbərinə görə, ötən gün rayonun Yuxarı Yüzbaşı kənd sakini 1956-cı il təvəllüdlü Əli Hətəmov qonşusu 1972-ci il təvəllüdlü Umud Nəsibov tərəfindən qətlə yetirilib.
Məlumata görə, hadisədən əvvəl hər iki şəxs iribuynuzlu heyvan üstündə mübahisə edib.
Belə ki, Ə.Hətəmov U.Nəsibovun eşşək arabasına bağladığı iribuynuzlu heyvanın ona məxsus olduğunu zənn edib, arabanın qabağına uzanıb. Bu zaman U.Nəsibov eşşək arabasını sürərək onun üzərindən qəsdən keçib.
Ə.Hətəmov aldığı xəsarətlər nəticəsində Ağdam Mərkəzi Rayon xəstəxanasında ölüb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən U.Nəsibov bu gün saxlanılıb.