Ağdamda sambo güləşi üzrə açıq respublika turnirinə yekun vurulub

Ağdam Olimpiya İdman Kompleksində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Sambo Federasiyasının təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə 18 komandada 2007-2009-cu il təvəllüdlü 120-dən çox idmançı mübarizə aparıb.

Turnir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.

ƏvvəlkiRusiya ordusu Xersonu atəşə tutub, altı nəfər ölüb, yaralılar var
Növbəti“Heydər Əliyev – 100” Beynəlxalq Minifutbol Turniri: Çexiya çempion, Azərbaycan 4-cü olub