“2023-cü il üçün Ukraynaya 18 milyard avroluq dəstək paketi təklif edirik”.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
O bildirib ki, Aİ Ukrayna ilə həmrəyliyini davam etdirir.
“Avropa İttifaqına üzvlük yolunda irəliləyən Ukraynanın yenidən qurulması üçün zəmin hazırlayırıq”, – Ursula fon der Lyayen söyləyib.