Avropa İttifaqı (Aİ) ölkələrinin energetika nazirləri Brüsseldə keçirilən görüşdə qazın maksimal – yuxarı hədd qiyməti ilə bağlı razılığa gələ bilməyiblər, müzakirələr ikitərəfli səviyyədə davam edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
“Energetika Şurasının iclasında uzun müzakirələr aparılıb, plenar iclasda razılıq əldə olunmayıb, ona görə də müzakirələr ikitərəfli səviyyədə davam etdiriləcək”, – P.Siyarto feysbuk səhifəsində yazıb.