“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində ilk maarifləndirci tədbir Ağdaş rayonunun Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən təşkilat rəhbəri Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barəsində ətraflı məlumat verib.
Daha sonra təşkilatın hüquqşünası Afaq İsmayılova İnsan alveri və onunla mübarizə yolları, insan alveri ilə məşğul olan şəxslərin insaları necə təhrik etmələri və bu halla rastlaşdıqda hansı qurumlara müraciət etmələri ilə bağlı çıxış edib.
Ağdaş rayon İcra Hakimiyyətinin məsul işçisi Qalib Həsənov isə mövzunun vacibliyindən danışaraq bu kimi layihələrə dəstək verdiyi üşün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, bələdiyyələrin nümayəndələri, mədəniyyət işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər və icma üzvləri iştirak edib.
Tədbirn sonundan insna alveri ilə bağlı film nümayiş olunub.
Layihə komandası tədbirdən sonra potensial qurbanların ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında İnsan alveri ilə bağlı hazırlanmış maarifləndirici nəşrlər paylayıblar.