Milli Məclisin (MM) Mətbuat Xidmətinin keçmiş rəhbəri, MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Akif Təvəkküloğlu (Nəsirli) koronavirusa yoluxub.
“Report”un əldə etdiyi məlumata görə, onun COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
Qeyd edək ki, Milli Məclisdə aparılan kadr və struktur islahatları çərçivəsində A.Təvəkküloğlu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad edilib və həmin şöbə ləğv edilib.
Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbəyə isə Ceyhun Əli (Ceyhun Əliyev) müdir təyin olunub. A.Təvəkküloğlu Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışır.