Türkiyənin İYİ Partiyasının təsisçilərindən olan Məhməd Fatih Əryılmaz partiyadan ayrılıb.
Türk.az xəbər verir ki, Əryılmaz istefasına əsas səbəbi partiya rəhbərliyindən narazılığı ilə əlaqələndirib.
“Öz qoyduqları qaydaları ilk özləri tapdalayıb, ölkənin hər yerindən bu hərəkata ümid bağlayan məsum insanların ümidlərini yox ediblər. Buna görə də partiya və idarə heyəti üzvlüklərindən istefa verirəm”, – o bildirib.
Qeyd edək ki, dünən partiyanın daha üç təsisçisi Yusif Halaçoğlu, Özcan Yeniçəri və Nevzat Bor da partiyadan ayrıldığını bəyan etmişdi.