Almaniya Azərbaycana birbaşa investisiyalarını 3 dəfəyə yaxın artırıb

Ötən il Almaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 75,297 milyon ABŞ dolları təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir il ərzində birbaşa xarici investisiyaların həcmi 2,83 dəfə və ya 48,779 milyon ABŞ dolları artıb.

Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan yatırılan investisiyaların payı 1,1 % təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına yatrılan birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (il ərzində 5,83 % artıb) təşkil edib.

ƏvvəlkiBu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürəcək
NövbətiDominikan Respublikası Beynəlxalq Olimpiya Komitəsinin 146-cı Sessiyasına ev sahibliyi edəcək