Almaniya hərbçilərinin Nigerdən çıxarılmasını başa çatdırıb

Almaniya hərbi kontingentinin Nigerdən çıxarılmasını başa çatdırıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Niameydə keçirilən mərasimdə Niger ordusunun qərargah rəisi Mamane Sani Kiau və Bundesverin polkovniki Karsten Ştruss bildirib.

“Niger Respublikasının Milli Müdafiə Nazirliyi və AFR-in Müdafiə Nazirliyi Almaniya qüvvələrinin və texnikasının avqustun 30-da Nigerdən çıxarılmasının başa çatdığını və Niameydəki 101-ci aviabazasında fəaliyyətinin başa çatdığını elan edir”, – Niger ordusunun qərargah rəisi bildirib.

Onun sözlərinə görə, qoşunların çıxarılması əməliyyatı Niger və Almaniya silahlı qüvvələri arasında nümunəvi koordinasiya sayəsində baş tutub.

Əvvəlki“Formula 1”ə görə bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşacaq
NövbətiABŞ-da yaşayan azərbaycanlı gənclərin ilk forumu keçirilib