Almaniya “Hizbullah”ı terror təşkilatı elan etdi

Almaniyanın Daxili İşlər Nazirliyi Livanın “Hizbullah” təşkilatını terror qruplaşması elan edərək onun ölkədəki bütün fəaliyyətinə qadağa qoyub.

Türk.az xəbər verir ki, bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı artıq ölkənin bir neçə bölgəsində polis tədbirlərinə başlanılıb.

Qeyd edək ki, “Hizbullah” İranla sıx əlaqədə olan təşkilatdır.

ƏvvəlkiNyu-Yorkda onlarla çürüyən meyit aşkarlandı – FOTO
NövbətiNaxçıvan Muxtar Respublikasının Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub