Almaniyada avtomobillər izdihamın üzərinə sürülüb, 11 nəfər ölüb

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslərin idarə etdiyi iki avtomobili Milad yarmarkasında olan şəxslərin üzərinə sürüb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.

Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı qiymətləndirib.

Əvvəlkiİlham Əliyev Ərdoğana Azərbaycanın D8-ə üzv seçilməsində dəstəyinə görə təşəkkür edib
NövbətiHakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb