Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, qar örtüyünün hündürlüyü Altıağacda 11, Daşkəsəndə 9, Şəkidə 8, Göygöldə 5,
Qax, Lerikdə 4, Qubada 3, Qusar, Qrız, Şamaxı, İsmayıllı, Şahdağ, Xaltanda 2, Yardımlı, Qobustanda 1 santimetr olub.
Düşən yağıntının miqdarı Lənkəranda 18, Quba, Qəbələdə 6, Şabran, Astara, Tovuz, Şəkidə 5, Yardımlı, Göygöl, Göyçay, Balakən, Daşkəsən, İsmayıllı, Altıağac, Şəmkir, Ağstafa, Qusar, Gədəbəy, Sədərək, Oğuz, Qrız, Kürdəmir, Lerik, Bərdə, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabul, Şərur, Naftalan, Qobustan, Gəncə, Xaltanda 4 millimetrədək olub.
Havanın temperaturu dekabrın 4-də Bakıda iqlim normasından 3 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, dağlıq rayonlarda 3-8, yüksək dağlıq ərazilərdə 11-17 dərəcə şaxta, aran rayonlarında 5 dərəcəyədək isti olub.