Noyabrın 6-dan 12-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 527,6 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.
Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 12 piyada əleyhinə, 129 tank əleyhinə mina və 317 partlamamış hərbi sursat aşkarlanıb.