Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib

Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər çərçivəsində noyabrın 13-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

İclas Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcunun sədrlikləri ilə gerçəkləşib.

Hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələri rəhbərlərinin iştirak etdikləri iclasda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda birgə komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

ƏvvəlkiPolad Bülbüloğlu Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri Tanju Bilgiç ilə görüşüb
NövbətiCeyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri ilə parlamentlərarası ələqələri müzakirə edib