Ankarada Xocalı soyqırımı kompleksi yaradılır

AMEA-nın Tarix İnstitutunda Türkiyənin Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TMCD) sədri Əhməd Baba ilə görüş keçirilib.

Akademiyadan Lent.az -a verilən məlumata görə, tədbiri müəssisənin direktoru, akademik Yaqub Mahmudov açıb.

Ə.Baba iki dövlətin ən ağır dönəmlərində bir-birlərinə dəstək olduqlarını bildirib. O, hazırda Ankara şəhərində TMCD və Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən Xocalı soyqırımı parkı və abidə kompleksinin tikildiyini deyib. Qeyd edib ki, kompleks universitetin ərazisində AMEA-nın Tarix İnstitutunun elmi dəstəyi ilə inşa olunur: “Bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 1,5 hektar ərazidə Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkiləcək”.

ƏvvəlkiPrezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib
NövbətiMDB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərəcək