Aprelin 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 min 312 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 566, ikinci doza vaksinlərin sayı 664, üç və daha çox doza vaksinlərin sayı 6 min 559, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 523 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 549 min 307, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 330 min 997, ikinci mərhələ üzrə 4 milyon 832 min 867, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 151 min 707, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 233 min 736 təşkil edir.