Aprelin 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 min 804 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 460, ikinci doza vaksinlərin sayı – 476, üç və daha çox doza vaksinlərin sayı – 4 min 465, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 403-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 595 min 242, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 334 min 494, ikinci mərhələ üzrə 4 milyon 836 min 495, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 187 min 702, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 236 min 551-dir.