Aprelin 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 26 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 417, ikinci doza vaksinlərin sayı – 338, üç və daha çox doza vaksinlərin sayı – 2 min 970, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 301-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 645 min 649, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 339 min 638, ikinci mərhələ üzrə 4 milyon 839 min 802, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 226 min 442, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 239 min 767-dir.