Aprelin 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 54 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 844, ikinci doza vaksinlərin sayı – 1 min 259, üç və daha çox doza vaksinlərin sayı – 9 min 297, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 654-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 503 min 634, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 328 min 19, ikinci mərhələ üzrə 4 milyon 829 min 162, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 115 min 333, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 min 120-dir.