Aqil Məmmədov: “Çox ciddi qərarlar qəbul edilib”

Milli Məclisin deputatı Aqil Məmmədov: “Prezident İlham Əliyev üçün prioritet insanların sağlamlığıdır”

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət bəyan edilib. Dövlət başçısının 19 mart 2020-ci iltarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədi ilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bağlı 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Verilən qərarlar, atılan addımlar koronavirus pandemiyası şəraitində yetərlidirmi? Bu aparılan işlər hansı nətəcələr doğuracaq? Bu və başqa məsələlərlə bağlı Bizimyol.info saytının suallarına Milli Məclisin deputatı Aqil Məmmədov cavab verib.

-Aqil müəllim, hökumət koronavirusla bağlı sosial rifah paketi təsdiq edib. Rəsmi statistika deyir ki, bu paketdə nəzərdə tutulduğuna görə, 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Bütün bunlar əmək bazarında canlanma tendensiyasıdırmı?

-Öncə qeyd edim ki,Koronavirus pandemiyası ölkəmizdən də yan keçməyib, digər dünya ölkələrinin iqtisadiyyatına göstərdiyi mənfi təsir bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirlərini göstərir. Koronavirusla mübarizədə möhtərəm Cənab Prezident İlham Əliyevin ciddi və təxirəsalınmaz addımları virusun ölkəmizdə geniş yayılmasının qarşısını almış,pandemiyadan zərər çəkmiş sahələr tez bir zamanda müəyyənləşdirilmiş və dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanmışdır. Cənab İlham Əliyev dövlət qarşısında ilk növbədə insanların sosial rifahını prioritet məsələ kimi qoymuş, onlara sosial dəstək göstərilməsi üçün sosial paketlər hazırlanmışdır.Belə ki, sosial rifah paketinin icrası çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün əməli işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib.Sizin də qeyd etdiyiniz kimi bu paketin əhatə dairəsi çox böyükdür.Xüsusi ilə bu istiqamətdə işlər davam edəcəkdir.Qeyd etmək istəyirəm ki,300 min muzdlu işçinin əməkhaqlarının dövlət tərəfindən ödənilməsi ilə bağlı qərarın verilməsi koronavirusla bağlı xüsusi karantin rejimi nəticəsində ehtimal olunan işsizliyin qarşısını alıb və dəstək paketi nəticəsində əmək müqavilələrinin sayı artıb.

– Rəsmi məlumatlara görə, DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ödənişli ictimai işlər aztəminatlı əhali təbəqələrinin sosial vəziyyətinə necə təsir edir? Başqa ölkələrin təcrübəsində ödənişli ictimai iş yerlərinin yaradılması kimi bir hal varmı?

-Ödənişli iş yerlərinin yaradılması o baxımdan yaxşıdır ki, onlar ödənişli ictimai işlərdə işləməklə maddi vəziyyətlərini yaxşılaşdıra bilərlər. Koronavirus pandemiyası dövründə işsiz vəziyyətə düşmüş şəxslər müqavilə bağlamaq şərti ilə işlə təmin ediləcəkdir.Bu məqsədlə dövlət ilkin olaraq 30 milyon manat vəsait ayırıb.Bu iş yerləri 50 min nəfər üçün nəzərdə tutulsa da aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə video bağlantı formatında keçirilən iclasda vurğulamışdır ki, ödənişli iş yerlərinin sayı 50 mindən 90 minə çatdırılsın. On minlərlə adamı əhatə edən bu sosial paket müvəqqəti dövr üçün həmin insanların həm iş qabiliyyətinin saxlanılması baxımından əhəmiyyət kəsb edir, həm də bu insanlara yardım şəklində deyil, öz əməyinin qarşılığında vəsait almasına köməklik göstərir. Dünyanın əksər inkişaf etmiş ölkələrində sahibkarlara və ailələrə dəstəklə bağlı proqramlar icra olunur.

– Məlumat verilir ki, 9-17 apreldə 140 min işsiz üçün 190 manat birdəfəlik ödəmə təmin edilib. Bunların arasənda müqavilə əsasında işləməyənlər də olub. Bu, qeyri-leqal əmək bazarının aşkara çıxarılması və gələcəkdə gizli – müqaviləsiz işləyənlərin əmək bazarına daxil olması baxımından bu addımı necə qiymətləndirisiniz?

-Xüsusi karantin rejiminin tətbiqi ilə işini itirən qeyri-formal işləyən şəxsələrə, eyni zamanda işsiz kimi qeydiyyatda olan şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində 190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu ödəmələr aprel, may aylarını əhatə etməklə iki ay müddətində veriləcəkdir. Möhtərəm Cənab Prezidentin tapşırığı ilə birədəfəlik ödəmələr 600 min şəxsi əhatə edəcəkdir.Hesab edirəm ki, bu gün məşğulluq xətti ilə işsizlərin qeydiyyata alınması imkan yaradacaq ki, həm onların sosial müdafiəsi ilə yanaşı olaraq gələcəkdə iqtisadi şəffaflaşmağa böyük təkan verəcək, həm də insanlar artıq görəcək ki, rəsmi müqavilə olduğu halda fors-major hallarda dövlətin dəstəyini əldə etmək olar. Məşğulluğa cəlb edilmiş insanlarla müqavilələrin bağlanması gizli əmək bazarında müqaviləsiz işləyən şəxslərin azalmasına səbəb olacaqdır.Cənab President də öz çıxışında vətəndaşlara səsələnərək bildirmişdir ki, işə daxil olarkən mütləq əmək müqaviləsi bağlanmasını tələb etsinlər.Biz bununla həm özümüzü sığorta etmiş olarıq , eyni zamanda qeyri-leqal əmək bazarının qarşısını ala bilərik.

– Belə fikirlər səsəslənir ki, 190 manat çox deyil və ehtiyacı olan kəsimin az bir hissəsini əhatə edir. Təklif olunur ki, dövlət bütün vətəndaşlara eyni səviyyədə və daha yüksək ödənişlər etsin. Belə bir ödəniş hamıya və eyni qaydada ödənilərsə, o zaman dövlətin buna imkanı çatarmı? Bəzi fikirlər də var ki, dövlətin strateji ehtiyatlarından geniş istifadə olunsun və sair. Bu fikirlərin əsası varmı?

-Bu gün dövlətin yetərincə iqtisadi gücü var və iqtisadi gücümüzün artırılması sahəsində işlər uğurla davam etdirilir. Ölkə rəhbərinin göstərişi və tapşırığı ondan ibarətdir ki, ehtiyacı olan insanlar bu paketdən yararlansınlar. Məqsəd isə ondan ibarətdir ki, ən ağır şəraitdə, ehtiyac içində yaşayan ailələrin sosial müdafiəsi güclənsin.

– Aqil müəllim, hökumət işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsini müzakirə edir. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərədə işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Bu haqda nə deyə bilərsiniz?

-Təbii ki, imzalanan bütün qərarların, atılan addımların hər biri vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə yönəlib. “İşsizlikdən sığorta haqqında” qanunun tələbinə uyğun olaraq bu məsələlər öz həllini tapacaqdır.Bu qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin götürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməsidir.Qanunda dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.Burada ödənişin miqdarı işçinin sığorta stajından aslı olaraq, işsizlik müddətinin davamlılığına uyğun dəyişir.

Gülnarə ƏMİRQIZI

ƏvvəlkiAzərbaycan Prezidentinə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir
NövbətiBalakəndə mağazalardan oğurluq edən şəxslər saxlanıldı – FOTO