2020-ci il noyabrın 27-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Tədbirdə vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seçki prosesinin sonunda səsvermə qutusu açılıb və Seçki Komissiyasının üzvlərinin iştirakı, müşahidəçilərin nəzarəti altında səslər hesablanıb. Səsvermənin nəticələrinə əsasən namizədliyi irəli sürülmüş 16 təmsilçidən 9-u İctimai Şuranın üzvü seçilib.
1. Hüseynov Eyyub Mahmud oğlu – “Azad İstehlaçkılar” İctimai Birliyi
2. Abbasov Pərvin Əkbər oğlu – Report İnformasiya Agentliyi
3. Qaraşov Fərhad Arif oğlu – Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
4. Şamilov İlqar Şahvələd oğlu- “Qidalanma və Sağlamlıq” İctimai Birliyi
5. Quliyev Bəşir Şain oğlu – Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası
6. Eyvazov Vüqar Eldar oğlu – “Yoluxucu infeksiyalara qarşı” Beynəlxalq Birlik
7. Muxtarov Orxan Fərhad oğlu – Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyası
8. Səfərov Nazim Faiq oğlu – Azərbaycan Heyvandarlıq Assosiasiyası
9. Salmanlı Zaur Salman oğlu – Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.