Aralıq dənizinın doqquz ölkəsini əhatə edən meşə yanğınları insan ölümünə və evakuasiyaya səbəb olub.
“Report” “The Guardin”a istinadən xəbər verir ki, yanğınların söndürülməsi üçün minlərlə yanğınsöndürən, onlarla təyyarə və helikopter cəlb edilib.
Yanğınlar Aralıq dənizi ölkələrinin ən azı 9-nu, o cümlədən, Xorvatiya və Portuqaliyanı əhatə edib. Minlərlə yanğınsöndürən odla mübarizəyə cəlb edilib.
Əlcəzairdə 15 əyalətdə yanğınlar 1500 nəfərin təxliyə edilməsinə səbəb olub. Bir neçə bölgədə 10-u əsgər olmaqla azı 34 nəfər həlak olub. Qonşu Tunisdə yanğın şimal-qərbdə üç bölgəyə yayılıb. 300 nəfər qayıq və quru yolla təxliyə edilib, bir nəfər tüstüdən ölüb. Suriyanın şimal-qərbində Aralıq dənizi sahillərində meşələr yaranıb. Söndürmə üçün helikopterlərdən istifadə edilib.
İtaliyada şimalda fırtınalı hava, cənubda isə yanğın nəticəsində 7 nəfər ölüb. Palermo ərazisindən 1500 nəfər təxliyə edilib. Yunanıstanda meşə yanğınları beş bölgəni bürüyüb. Rodos adasında 20 min insan evlərdən və otellərdən təxliyə edilib. Yanğınlarla mübarizə zamanı 2 pilot həlak olub. Fransada Nitsa beynəlxalq hava limanı yaxınlığında da meşə yanğınları baş verib. Xorvatiyada yanğınlar Adriatik dənizində yerləşən Dubrovnik şəhərinin cənubuna yayılıb.
İspaniyada Qran Kanariya adasının mərkəzində baş verən meşə yanğını səbəbindən bir neçə yüz kənd sakini təxliyə edilib. 200 hektar meşə sahəsinin söndürülməsində 100-ə yaxın yanğınsöndürən və 9 təyyarə işləyir. Portuqaliyada yanğın Sintra-Kaskais parkının dağlıq ərazisində baş verib və yanğının söndürülməsinə 600 yanğınsöndürən və təyyarə cəlb olunub. Həmçinin, Türkiyənin Antalya vilayətinin Kəmər kurortunda meşədə baş verən yanğını mindən çox yanğınsöndürən söndürüb.