Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozdan 1 milyard 244 milyon manat və yaxud 44,1 % az – 1 milyard 576 milyon manat vəsait transfert edib.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb vergi-gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamikadır. Son nəticədə ARDNF büdcə öhdəliyini tam icra etməyib.