Argentinanın eks-prezidenti yenidən namizədliyini irəli sürmək istəyir

Argentinanın eks-prezidenti, senator Kristina Fernandes de Kirşner bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.

Türk.az “Reuters”ə istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi Qələbə uğrunda Cəbhə Partiyasının nümayəndəsi xanım senatorun belə bir niyyətdə olduğunu təsdiqləməyib.

Ancaq Kristina Fernandes de Kirşnerin prezidentliyə namizəd olacağı təqdirdə, ölkədəki iqtisadi tənəzzül və inflasiyaya görə sərt tənqidlərlə üzləşən, lakin hələ noyabr ayında ikinci müddətə namizədliyini irəli sürəcəyini bildirmiş hazırkı dövlət başçısı Maurisio Makrinin əsas rəqibi olacağı bildirilir.

Hər iki siyasi xadimin rəqabəti nəticəsində ölkənin M.Makrinin Beynəlxalq Valyuta Fondunun maliyyə yardımı üçün şərt qoşduğu iqtisadi islahatlar yolu ilə irəli, yoxsa K.Kirşnerin tərəfdarı olduğu solçu populist cərəyan olan peronizm dövrünə geri qayıdacağı da bəlli olacaq.

Xatırladaq ki, 2003-2007-ci ildə prezident olan həyat yoldaşı Nestor Kirşnerdən sonra 2007-2015-ci illərdə Argentinanın Prezidenti olmuş K.Kirşner hazırda bir sıra məhkəmə işində müttəhim olsa da, bunu siyasi təzyiq kimi dəyərləndirir.

ƏvvəlkiABŞ Venesuelaya humanitar yardım göndərəcək
NövbətiGürcüstanda köhnə avtobusu yenisi ilə əvəzləyib qayıdan daha bir Azərbaycan vətəndaşı ifşa olunub